İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan 369 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, ötən sutka ərzində İtaliyada 1 444 yeni yoluxma halı qeydə alınıb, koronavirusa yoluxanların ümumi sayı 214 457 nəfər, ölənlərin sayı isə 29 684 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində 8 014 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 93 245 nəfər təşkil edir.