NATO-nun yeni baş katibi Yens Stoltenberq ilk səfərini Türkiyə və Polşaya edəcək.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Türkiyədə Alyans başçısı Suriyadakı vəziyyəti müzakirə edəcək.
Xatırladaq ki, Norveçin baş naziri Yens Stoltenberq sentyabrın əvvəlində NATO-nun baş katibi olub. Oktyabrın 1-dən isə səlahiyyətlərinin icrasına başlayıb.