7 May 2020 13:40
1 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon 2019-cu ildə xarici əməliyyatlar zamanı ölən mülki insanlarla bağlı hesabatı Konqresə təqdim edib.

Teleqraf.com xəbər verir ki, hesabatda İraq, Suriya, Əfqanıstan və Somalidə keçirilən əməliyyatlar zamanı 132 (Suriyada 22, Əfqanıstanda 108, Somalidə 2) insanın öldüyü qeyd edilir.

Həmçinin əlavə edilib ki, Əfqanıstanda 75, İraqda 13, Suriyada 3, Somalidə 91 mülki insan bu əməliyyatlar zamanı yaralanıb.

Müstəqil qaynaqlar isə qeyd edirlər ki, ABŞ-ın xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlar zamanı daha çox mülki insan ölüb. İddia edilir ki 2019-cu ildə ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatları zamanı ən azı 538 mülki insan ölüb. Somalidə isə azı 36 mülki insan həyatından olub.


Müəllif: Cavad

Oxşar xəbərlər