8 May 2020 13:03
3 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dövlət təhlükəsizlik orqanlarında işləyərkən əsasən, qeyri-leqal kəşfiyyat xətti ilə işlədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, V.Putin faşizm üzərində qələbə günü ərəfəsində “Mir” televiziya və radio şirkətinə müsahibə verib.

O, müsahibə zamanı deyib:

“Əlbəttə, biz əcdadlarımızın – atalarımızın, analarımızın, babalarımızın və nənələrimizin necə davrandıqlarını hər zaman xatırlamalıyıq. Həmişə Vətənə, ata yurduna necə davrandıqlarını rəhbər tutmalıyıq, xüsusilə o, təhlükə altında olan zaman”.

“Bu irsdən çıxış edərək insanlar öz davranışlarını inkişaf etdirməlidirlər. “Bənzər vəziyyətdə necə davranacağımız bizdən asılı olmalıdır”, – deyə Putin bildirib.

V.Putin daha sonra deyib:

“Ali təhsil müəssisəsini – Leninqrad Dövlət Universitetini bitirdikdən sonra mənim ilk iş yerim dövlət təhlükəsizlik orqanları idi. Kifayət qədər tez bir zamanda mən xarici kəşfiyyat sahəsində işə başladım, əsasən qeyri-leqal kəşfiyyat sahəsində çalışdım. Bizi orada Vətənə müstəsna sədaqət ruhunda tərbiyə edirdilər. Ancaq Allah etməsin ki, biz atalarımızın və babalarımızın 1941-ci ildə düşdüyü vəziyyətə düşək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər