9 May 2020 19:04
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Braziliyada yeni növ koronavirus infeksiyası – COVID-19-a yoluxmuş 751 nəfər həyatını itirib.

Teleqraf.com xəbər ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son məlumatlara görə, ümumilikdə COVID-19 diaqnozu ilə 9897 nəfər dünyasını dəyişib. Həmçinin bildirilir ki, ölkədə son sutka ərzində 10 222 yeni koronavirusa yoluxma hadisəsi aşkarlanıb, yoluxanların ümumi sayı 145 mini keçib.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un pandemiya olduğunu elan edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər