Ermənistanın Ararat əyalətində atışma olub.
Teleqraf.com xəbər verir ki, erməni KİV-ləri avtomatla silahlanmış naməlum şəxsin daş sexinə gələrək Vedi şəhər sakini, 43 yaşlı Ş.Laertə atəş açdığı barədə yazıb. Hücuma məruz qalan şəxs qapını ayağı ilə itələyərək atəşdən yayınmağa çalışıb.
İnsidenti törədən şəxs qaçaraq gizlənib.
Hadisə yerinə Ararat vilayətinin hüquq-mühafizə orqanlarının rəhbərləri və istintaq qrupu gəlib.