11 May 2020 23:05
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 841 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 114 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 139 771 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 95 780 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər