ABŞ-ın Los-Anceles şəhərindəki bir həbsxanada 21 məhbus erkən azadlığa çıxmaq üçün bir-birini koronavirusa yoluxdurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Los-Anceles Polis İdarəsi məlumat yayıb.
Açıqlamadan məlum olur ki, məhkumlar azadlığa çıxmaq üçün bir üz maskası qoxlayıb və temperaturlarını yüksəltmək üçün hamısı eyni şüşədən isti su içib.
Açıqlamada olayın həbsxananın təhlükəsizlik kamerasında qeydə alındığı bildirilib:
"Məhkumlar xəstəliyə yoluxduqdan sonra məhkəmənin mərhəməti ilə ev həbsinə gedəcəklərinə ümid edirdilər. Amma belə bir şey olmayacaq".
Son iki ay ərzində təxminən 5 min məhkumun erkən sərbəst buraxıldığı şəhərdə mayın 4-dən bəri həbsxanalarda koronavirusa yoluxanların sayı 60 faiz artıb. Bu müddət ərzində 357 məhbusun koronavirus testi müsbət çıxıb.