12 May 2020 21:20
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Tver vilayətinin Kimrı şəhərində terror aktının qarşısını alıb.

Saxlanılan 19 yaşlı gəncin hökumət binalarını yandırmaq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, dövlət qulluqçularına hücum planı qurduğu məlum olub.

Saxlanılan şəxsdən “PM” travmatik silahı, kustar yolla hazırlanmış partlayıcılar, üç “Molotov kokteyli” və soyuq silahlar müsadirə edilib. O, hücum planı barədə özünün gündəliyində qeydlər aparıb.

Faktla bağlı qarşı cinayət işi açılıb.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər