13 May 2020 08:45
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə yaraqlıların doğum evinə hücumu və şərqdə yerləşən Nangahar əyalətində hökumət rəsmilərinin və parlament üzvünün qatıldığı dəfn mərasimində intiharçı tərəfindən törədilən partlayış nəticəsində ən az 40 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, hücuma məruz qalan doğum evi “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatına məxsusdur. Bildirilir ki, tibb məntəqəsinə basqın zamanı aralarında iki azyaşlı olmaqla 16 nəfər, Nangahardakı partlayış zamanı isə 24 nəfər həlak olub.

“Taliban” radikal təşkilatı bu hücumla əlaqələrinin olmadığını bildirib. Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər