14 May 2020 11:55
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Çinlə əməkdaşlıq etməsi Vaşinqtonun Təl-Əviv ilə əhəmiyyətli layihələrdə işləməsini təhlükəyə atır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo İsrail səfərinin yekunları haqqında danışarkən deyib.

Dövlət katibi əlavə edib ki, bu mövzunu İsrailin Baş naziri Binyamin Netanyahu ilə müzakirə edib və ona Çinlə əməkdaşlığın israilliləri təhlükəyə atdlğına dair bəzi kəşfiyyat məlumatları verib.

Pompeo İsrail Baş nazirindən xoş reaksiya aldığını, amma bu mövzunun hazırda müzakirə mərhələsində olduğunu da qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər