22 May 2020 16:40
3 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Müdafiə naziri Sergey Şoyqunun göstərişlərinə uyğun olaraq hərbi həkimlər koronavirusla mübarizədə kömək etmək üçün Dağıstan Respublikasına göndəriliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Zvezda” telekanalı məlumat yayıb.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat birləşməsinin mütəxəssisləri Buynakskda səhra hospitallarının yaradılması üçün müvafiq ərazidə hazırlıqlara başlayıblar.

Səhra tibb bölməsinin heyətində 135 hərbçinin, o cümlədən 72 tibb mütəxəssisinin və 38 vahid xüsusi hərbi texnikanın olduğu qeyd olunur.

Hospitallar süni tənəffüs aparatları, xəstələrin intensiv müşahidə monitorları, rentgenoqrafik aparatlar, ultrasəs aparatları, qan analizatorları və polimer zəncirvari reaksiya laboratoriyası ilə təchiz edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin “Rospotrebnadzor”a Dağıstandakı epidemioloji vəziyyəti daim monitorinq etməyi tapşırmışdı.

Ölkənin Müdafiə Nazirliyi isə 200 çarpayılıq iki çoxfunksiyalı mobil səhra hospitalının Dağıstana daşınacağını açıqlamışdı.


Müəllif: Səxavət