Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı nümayəndəliyi bölgədə COVID-19 koronavirus infeksiyası səbəbindən ölənlərin sayının 3 mini keçdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın “Tvitter” səhifəsində məlumat verilib.
“Afrikada koronavirusa 99,4 mindən çox yoluxma hadisəsi təsdiqlənib. 39 mindən çox insan sağalıb, 3078 xəstə ölüb”, – deyə məlumatda bildirilir.
ÜST-nin statistikasına görə, indiyə qədər bölgədə koronavirusdan ən çox insan ölümü Əlcəzairdə qeydə alınıb. Burada 575 nəfər COVID-19 diqnozu ilə dünyasını dəyişib.
Bundan əvvəl ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus Afrikada koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətin narahatlıq doğurduğunu bildirmişdi.