23 May 18:57
1 372

Adolf Hitlerin sevdiyi iddia edilən Saturn adlı Missisipi alliqatoru 84 yaşında ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva Zooparkından məlumat verilib.

Saturn təxminən 1936-cı ildə ABŞ-da doğulub. Onu Berlin zooparkına köçürüblər. O, 23 noyabr 1943-cü ildə bombardmandan sonra zooparkdan qaçıb. İngilis əsgərləri onu yalnız 1946-cı ildə tapıblar və SSRİ-yə veriblər. O, növbəti 74 ili Moskva zooparkında keçirib.

Bir aralar alliqatorun Almaniyada zooparkda deyil, Hitlerin şəxsi kolleksiyasında yaşadığı barədə əfsanə populyarlaşmışdı, amma buna dair heç bir dəlil yox idi.

“Saturn bizim üçün bütöv bir epoxadır. Bu ifadədə azacıq da şişirtmə yoxdur. O, qələbədən sonra gəldi və onun 75 illiyini bizimlə qarşıladı. Onun gözlərini hər birimizin görə bilməsi böyük xoşbəxtlikdir, onun yanında sadəcə sakit olurduq. O, bir çoxumuzun uşaqlığını görmüşdü. Ümid edirik ki, biz onu məyus etmədik”, – deyə zooparkdan bildirilib.

Zooparkdan o da bildirilib ki, “fəxri alliqator”a ehtiyatla və xəbərdarlıqla yanaşmağa çalışıblar. “O, yemək zamanı səliqəli idi, etibarlı gözətçini xatırladırdı, bir də fırça ilə masajı çox sevirdi”, – deyə qeyd olunub.

.


Müəllif: Səxavət