28 May 2020 13:09
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində təsdiqlənmiş koronavirus xəstəsi olanların sayı son bir gündə 11 nəfər artaraq 49-a çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hazırda 67 nəfərin testlərlə əlaqədar karantində olduğu bildirilib.

Bundan əvvəl Qarabağda tətbiq olunan fövqəladə vəziyyət rejimi aprelin 12-dən iyunun 11-dək uzadılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər