İstanbulun fəthinin ildönümü münasibətilə Ayasofiyada Fəth surəsi oxunacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İstanbulun fəthinin ildönümündə gözəl proqramlara şahidlik edəcəyik. Əvvəlcə, Dr. Fəriha Öz xəstəxanasının açılışını edəcəyik. Daha soran Oxçular Vəqfinin Fəth Kubokunun yarışı baş tutacaq. Ayasofiyada Fəth sürəsi oxunacaq, dualar ediləcək. Fateh Sultan Məhməd xan başda olmaqla, qazilərimizi, şəhidlərimizi, qəhrəmanlarımızı hörmətlə yad edirik”, - deyə dövlət başçısı bildirib.