Rusiya yaxın 3-4 gün ərzində Ukraynanın şərqinə göndəriləcək 4-cü humanitar yardımın vaxtını dəqiqləşdirəcək.
Teleqraf.com ria.ru-a istinadən xəbər verir ki, bu barədə Rusiya fövqalədə hallar nazirinin müavini Vladimir Stepanov bildirib.
Bu məlumatı qondarma Luqansk xalq respublikasının başçısı İqor Plotniçkiy də təsdiqləyib: “Konkret müddət göstərilməyib, mən düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Bircə tarixi razılaşdırmaq qalıb”.
O qeyd edib ki, yükün göndərilməsi üçün bütün sənədləri rəsmiləşdirmək lazımdır.
Samir