30 May 2020 19:16
3 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Liviyadakı xüsusi təyinatlıları - "Vagner" qrupunun döyüşçüləri geri çəkiliblər.

Teleqraf.com xəbər verir ki, hazırda çətin durumda qalan Rusiya Liviyada döyüşmək üçün Əsəd rejimi tərəfindən həbs edilən məhkumlara "Liviyada döyüş əvəzində azadlıq" təklifində bulunub.

Suriyanın "Syrian Call" agentliyinin xəbərinə görə, silahlılar 3 ay qiyamçı general Xəlifə Haftarın ordusundə döyüşdükdən sonra "əfv" olunacaqlar.

Qeyd olunur ki, Rusiya Liviya hökumətinə qarşı döyüşmək üçün Suriyada 150 silahlı ilə müqavilə bağlayıb. Onların hər birinə ayda 1000-1500 dollar verilir.

Bildirək ki, Türkiyə Liviyadakı legitim hökumətə hərbi dəstək verdikdən sonra ölkədəki strateji məntəqələr yaraqlılardan təmizlənib və Rusiyaya bağlı hərbçilər bu ölkəni tərk etmək məcburiyyıtində qalıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər