1 İyun 2020 21:14
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığ olub.

Teleqraf.com xəbər verir ki, liderlər yeni növ koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya prezidenti süni nəfəs aparatları göndərdiyi üçün amerikalı həmkarına minnətdarlığını bildirib.

Tramp G7 sammiti ilə əlaqədar ideyası barədə Putinə məlumat verib. Bundan başqa prezidentlər neft bazarını, eləcə də onun sabitləşməsinə OPEK+ sazişinin təsiri barədə müzakirə ediblər.

Telefon söhbəti zamanı strateji sabitlik sahəsində dialoqun əhəmiyyəti qeyd edilib. Putin və Tramp müxtəlif səviyyələrdə əlaqələri davam etdirməyə razılaşıblar.


Müəllif: Teleqraf.com