3 İyun 2020 16:15
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin İngiltərənin Baş naziri Boris Consonun təşkil etdiyi koronavirus peyvəndi sammitində iştirak etmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Sammitdə ən yüksək səviyyədə iştirak təmin edilmir”, - Peskov Rusiya prezidentinin imtina qərarını belə şərh edib.

Mayın 26-da Boris Conson rəsmi olaraq Vladimir Putini koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı virtual sammitdə iştirak etməyə dəvət edib. İlk dəfə bu dəvət mayın əvvəlində məlum oldu. Conson bundan əvvəl Qələbə Gününün 75 illiyinə həsr olunmuş telefon danışığı zamanı Putini virtual peyvənd sammitinə dəvət etdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər