Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol qəzası nəticəsində Ermənistan hərbçisi ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə iyunun 3-də günorta saatlarında baş verib. Hadisə hərbçiləri daşıyan “Ural” markalı avtomobilin aşması nəticəsində baş verib. Nəticədə 2001-ci il təvəllüdlü Sarkis Qulyan ölüb, 4 əsgər yaralanıb. Yaralı hərbçilər Xankəndindəki hospitala yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.