ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən saxlanılarkən öldürülmüş afroamerikalı Corc Floydun koronavirusa yoluxduğu məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə meyitin yarılması barədə hesabatda bildirilir.
Məlumata görə, Floydun ölümündən bir müddət əvvəl verdiyi koronavirus analizinin cavabı müsbət çıxıb.
Virus 46 yaşlı Corc Floydun ölüm səbəblərindən biri kimi göstərilməyib.