ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama müsəlmanları və həcdə olan zəvvarları Qurban bayramı münasibəti ilə təbrik edib.
Obama həc vəzifəsinin yerinə yetirildiyi məkanın məzhəbindən, irqindən, cinsindən asılı olmayaraq müsəlmanları bir araya gətirdiyini qeyd edib:
“Müsəlman dostlarımız və qonşularımız Qurban bayramını qeyd etmək üçün bir araya gəldiyi bir vaxtda dünyanın ən böyük və ən çox müxtəlifliyini özündə nümayiş etdirən, həc vəzifəsinin yerinə yetirildiyi məkanda (Hərəmeyn – Məkkə və Mədinə) amerikalı müsəlmanlar da var. Sünni olsun, şiə olsun dünyanın dörd bir tərəfindən müsəlmanları bir yerə toplayan həcc irq, məzhəb, cinsiyət, din və yaşa baxmadan insanlara müsavi olduqlarını xatırladır. Müsəlmanlar Qurban bayramında kasblara yardım etmək ənənsini davam etdirir. Aclıq, xəstəlik, təzyiqlər və insidentlər səbəbindən sıxıntı çəkənlərə yardım cəhdlərini digər dinlərin mənsubları ilə dəstəkləyirəm. Onların xidmətləri səmavi dinlərin müştərək köklərinin, ictimai həssaslıq və ədalət anlayışı, ortaq sülh duyğuları ilə necə birlikdə yaşadıqlarının güclü nümunəsidir. Sizə Amerika xalqı adından ən səmimi təbriklərimi çatdırır, hacılar və dünyadakı bütün din mənsublarının sülh dualarının eşidilməsini və qəbul olmasını arzulayıram”./anspress/