4 Oktyabr 2014 14:57
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD qruplaşması Qurban bayramında da hücumları davam etdirmək niyyətində olduğunu nümayiş etdirib.

Belə ki, Türkiyənin Şanlıurfa vilayətinin Suruc rayonu ilə üzbəüz mövqedə yerləşən Suriyanın Kobani şəhəri bu gün də İŞİD döyüşçülərinin hücumuna məruz qalıb. Kobani son 18 gündə olduğu kimi, bu gün də səhəri partlayış səsləri ilə açıb.

Kobaninin cənub, şərq və qərb kəndlərini ələ keçirən İŞİD qüvvələri mühasirəyə aldığı şəhər mərkəzinə bomba atmağa davam edir. Onlara qarşı vuruşan kürd-peşmərgə qüvvələrinin tələbi ilə Qurban bayramı atəşkəsinin elan ediləcəyinin gözlənildiyi bir vaxtda, İŞİD qüvvələri səhərin gözü açılmamış Kobaninin mərkəzini tanklardan, raket və mərmilərlə atəşə tutmağa başlayıb.

Şəhərin dörd-bir yanından tüstü yüksəlir. Kürd-peşmərgə qüvvələri ilə İŞİD döyüşçüləri arasında Kobaninin mərkəzi uğrunda döyüşlər də davam edir./anspress/


Müəllif: