8 İyun 2020 00:14
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) meri Lori Laytfut kütləvi etiraz aksiyaları səbəbilə tətbiq edilən komendant saatını ləğv edib.

Teleqraf.com xəbər verir ki, Laytfut qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb.

"Mən şəhərimiz və bütün ölkəmiz üçün nə qədər çətin olduğunu bilirəm. Bu çətin dövrün öhdəsindən gəlmək üçün əməkdaşlıq etməyə hazır olduqlarına görə sakinlərə minnətdaram".

Qeyd edək ki, ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər