9 İyun 2020 10:59
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRS Araşdırma şirkəti tərəfindən CNN Televiziya Kampaniyası üçün həyata keçirilən sosialoji sorğu zamanı ABŞ Prezidenti Donald Trampın idarəçiliyini bəyənənlərin cəmi 38 faiz olduğu müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, Trampın siyasətini rədd edənlərin sayı isə 57 faizə qədər qalxıb.

Respondentlərin cəmi 5 faizi qəti fikir bildirməkdən çəkinib. Sorğu ümumilikdə 1259 nəfər arasında keçirilib.

Qeyd edək ki, SSRS-ın mayda keçirdiyi sorğu zamanı Trampı dəstəkləyənlər 45 faiz təşkil edirdi.


Müəllif: Cavad

Oxşar xəbərlər