11 İyun 2020 09:51
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada pandemiyanın ən çox can aldığı Berqamo vilayətində bir qrup ailə pandemiya dövründə hakimiyyətin xəta edib-etmədiyini araşdırmaq üçün prokurorluğa şikayət edib.

Teleqraf.com xəbər verir ki, bu şikayət əsasında sabah İtaliya Baş naziri Cuzeppe Konte prokurorluqda ifadə verəcək.

İlkin məlumatlara görə, prokurorluğa 50 nəfər şikayət edib. Əlavə edilir ki, İtaliyada COVİD-19 infeksiyası ilə əlaqədar vəfat edən 34 min insanın yarısı Berqamo vilayətində yaşayırmış.

Qeyd edək ki, prokurorluğa təqdim olunan şikayətdən sonra Lombardiya bölgəsinin bələdiyyə sədri və səhiyyə naziri ifadə verib. Bildirilir ki, Baş nazirlə yanaşı, bir neçə nazir də ifadə verməli olacaq.

Baş nazir Konte bu haqda danışarkən deyib ki, heç bir narahatlığı yoxdur: “Cümə günü Berqamoda prokurorların suallarına cavab verəcəyəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər