Liviya Milli Razılıq Hökumətinin Türkiyənin dəstəyi ilə uğurlu hava əməliyyatından sonra qiyamçı general Xəlifə Haftar dəstək üçün İsrailə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Xəlifə Haftar qüvvələrinin baş nazirinin müavini Abdel Salam Al-Badri İsrail mediasına müsahibəsində dəstək tələbi ilə çıxış edib.
“İsrail və yəhudi icması ilə uzun bir tarixi əlaqəmiz var. Biz heç vaxt sizə düşmən olmamışıq və olmayacağıq. Ümid edirik ki, bizə dəstək ola biləcəksiniz. Bu günə qədər bizi ayıran şərtləri görməzdən gəlirik. Təl-Əvivdən dəstək tələb edirik”, - deyə Abdel Salam Al-Badrinin İsrailin Baş naziri Benyamin Netanyahuya göndərdiyi məktubda qeyd edilib.
Qeyd edək ki, son günlər aparılan əməliyyatlar nəticəsində Haftar strateji bölgə və əraziləri itirib.