Livanda milli valyutanın (funt) növbətli devalvasiyası yenidən vətəndaşları küçələrə töküb.
Teleqraf.com xəbər verir ki, Tripoli şəhərinin Əl-Nur meydanı və Tabana prospektində başlayan aksiyalarda iştirak edənlər hökumətə etiraz ediblər.
Etirazlar zamanı bankları yandıran nümayişçilərlə hərbi qüvvələr və polis arasında qarşıdurma yaşanıb.
Etirazçılar hərbi qüvvələrə “Molotov kokteyli” atdıqları halda, qarşı tərəfdən buna göz yaşadırıcı qazla cavab verilib.
Nümayişlərdə 20-si hərbçi olmaqla, ümumilikdə 89 nəfər yaralanıb.
Livanda 1 ABŞ dollarının qiyməti 500 Livan funtunadək bahalaşıb. “Qara bazar”da isə qiymət 6 min funta qədər qalxıb. Ölkədə kütləvi işsizlik və bahalaşma da müşahidə olunur.