6 Oktyabr 2014 09:04
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə dəstək verən Əl-Qaidəyə bağlı Əl-Nusra cəbhəsi Livan sərhəddində Hizbullaha hücum edib.

Axar.az xəbər verir ki, Əl-Nusra cəbhəsi Suriya sərhəddini keçərək Hizbullaha məxsus 10 mövqeyə hücuma keçib. Əl-Nusra və İŞİD üzvlərinin iştirak etdiyi hücum zamanı 16 Əl-Nusra üzvü öldürülüb.

Livanlı şiə qruplar Suriyadakı daxili savaşda Əsəd rejiminin ən əhəmiyyətli müttəfiqlərindən biridir. İran tərəfindən də dəstəklənən Hizbullah Livanda Arsal və ətraf ərazilərə nəzarət edir.

Qeyd edək ki, bu ilin avqust ayında İŞİD və Əl-Nusra üzvləri Arsala basqın etmişdi. 32 Livan əsgəri girov götürülmüşdü.


Müəllif:

Oxşar xəbərlər