“Moskvada NATO-nun Ukrayna ilə tərəfdaşlığı genişləndirməsi, alyansın Donbasdakı münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığı mesajl kimi qəbul edilir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bundan əvvəl, ölkəsinin NATO-nun “Genişləndirilmiş Fürsət Proqramı”na üzv statusu aldığını söylədi.
“Əlbəttə ki, bu, Kiyevdəki savaş partiyasının siqnaldır. İkincisi, NATO-nun da Rusiyanı Qərb üçün əsas təhdid olaraq, bu ölkəni ruhlandırmağa davam etməsi, Ukraynadakı münaqişənin həllində maraqlı olmadığına dair tamamilə açıq bir mesajıdır”, - Qruşko Kulebanın açıqlamasına verdiyi cavabda bildirib.