İyunun 22-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Çinin Xarici İşlər naziri Van İ, habelə Hindistanın Xarici İşlər naziri Subramaniyam Cayşankara arasında video-konfrans vasitəsilə görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.
“Onlayn planlaşdırılıb”, – deyə Rusiya xarici siyasət idarəsindən bu əlaqələrin mümkünlüyünə dair suala cavab olaraq bildirilib.
Agentlik qeyd edir ki, əvvəllər belə danışıqlar barədə məlumat Hindistan mediasında yayılmışdı.
May ayında Van İ bildirmişdi ki, koronavirus infeksiyasının yayılması ilə mübarizə Çin-Rusiya ikitərəfli əlaqələrinin möhkəmlənməsi üçün impuls əldə etməyə imkan yaradır.