17 İyun 2020 19:56
4 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Liviyadakı böhranda tərəflər üzərindəki təsiri sülh prosesinin başlanmasına kömək ola bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Türkiyədən rədd cavabı alan Rusiya tərəfi ABŞ-ın prosesə təsir edərək, sülhün əldə edilməsinə töhvə verməsini istəyib:

“Əgər ABŞ dərhal atəşkəsi müdafiə edən Rusiya və digər tərəflərin cəhdlərini gücləndirmək və Liviya böhranında tərəflər üzərində təsirini göstərə bilərsə, bu, çox uğurlu ola bilər”.

Rusiya baş diplomatı əlavə edib ki, istər Liviya, istərsə də Suriya böhranının öhdəsindən gəlmək üçün hər cür dəstək məmnuniyyətlə qarşılanacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər