19 İyun 2020 18:26
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 173 nəfər artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 42 461 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 1 346 nəfər artaraq 301 815 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,6 milyonu ötüb. Bunların 4,5 milyondan çoxu sağalıb, 457 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər