Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, tarix bu və ya digər ölkənin maraqları naminə yenidən yazılmamalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Bununla da Britaniya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsi ilə bağlı məqaləsini şərh etmiş olub.
“Böyük Britaniya, ABŞ, SSRİ və bütün müttəfiq ölkələrin xalqlarının cəsarəti və böyük qurbanları nasist rejiminin məğlubiyyətinə səbəb oldu”, – deyə Britaniya XİN-in nümayəndəsi bildirib.
Qeyd edək ki, Rusiya lideri bu günlərdə İkinci Dünya müharibəsini qiymətləndirən geniş məqalə ilə çıxış dib.