Yaponiyanın paytaxtı Tokio və ətrafındakı bölgələrdə hökm sürən güclü qasırğa xəbərdarlığından sonra 3 milyon insan evlərini tərk etməyə məcbur olub.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, Phanfone adlı qasırğa nəticəsində küləyin gücü saniyədə 25 metrə qədər yüksəlib, torpaq sürüşməsi və çayların daşması nəticəsində regiona ciddi ziyan dəyib. Rəsmilərin təxmini hesablamalarında 50 min evin zərər görüdüyü bildirilir.
Qasırğa nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb və onlarla insan xəsarət alıb. Təbii fəlakətlə bağlı ölkədə fövqəladə hal elan olunub.
Samir