20 İyun 2020 12:51
3 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın mühafizə əməliyyatı çərçivəsində Aralıq dənizində xidmət göstərən "Le Courbet" donanma gəmisinə türk hərbi gəmilərinin hücum etməsi iddiasından sonra NATO hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, NATO Fransa və Türkiyə donanması arasında baş verən hadisəni araşdıracaq.

Hadisəni aydınlaşdırmaq üçün həm Fransanın, həm də Türkiyənin əlində olan faktlar NATO-da incələnəcək. Əvvəlcə NATO-nun hərbi qanadı hadisənin texniki tərəflərini araşdırıb real durumu ortaya çıxaracaq.

Fransa 30 müttəfiqin birləşdiyi NATO-da, eyni zamanda Avropa Birliyində 8 ölkədən dəstək almasını “Böyük uğur” kimi təqdi etməyə çalışır. Türkiyə isə bu hadisə ilə bağlı əlində olan bilgiləri NATO-nun mülki və hərbi qanadına təqdim etməyə hazır olduğunu bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər