Çin Tibbi Elmlər Akademiyasının nəzdində Tibbi Biologiya İnstitutu tərəfindən hazırlanan potensial koronavirus peyvəndi üçün klinik sınaqların ikinci mərhələsinin keçirildiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, vaksinin effektivliyi və etibarlılığının sınaqdan keçiriləcəyi mərhələ Yunnan əyalətində aparılacaq.
Çinin Elm və Texnologiya Nazirliyinin məlumatına görə, bu günə qədər klinik tədqiqatlar üçün 5 fərqli potensial COVİD-19 peyvəndi sınanmaq üçün təsdiqlənib.