21 İyun 2020 17:36
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskva şəhərində güclü yağışlar 30-dan çox avtomobil yolunu su altında qoyub.

Teleqraf.com "Delovoe TV"yə istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində 33 avtomobil yolu və 2 yeraltı piyada keçidi su altında qalıb.

Bundan başqa, bəzi ərazilərdə torpaq sürüşməsi olub. 10-a yaxın ağacı külək aşırıb.

Xatırladaq ki, iyunun 20-də Moskvada güclü yağış səbəbindən "narıncı", külək və göy gurultusu səbəbindən "sarı" təhlükə olduğu açıqlanmışdı. Şəhərin bəzi hissələrində - əsasən paytaxtın cənubunda - aylıq yağıntının 70% -ə qədəri yağıb.

Şəhər rəhbərliyinin bildirdiyinə görə, daşqın kanalizasiyayanı tıxayan ağacların budaqları və yarpaqları səbəbindən baş verib.

.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər