Polşada kömürçıxarma şaxtalarından birində metan qazının partlaması nəticəsində təxminən 20 nəfər hospitala yerləşdirilib.
Trend RİA Novosti agentliyinə istinadən bu barədə TVN24 Polşa telekanalı xəbər verir.
RMF FM radiosunun məlumatına görə, partlayış "Mıslovitse-Vesola" şaxtasında yerin altında 660 metr dərinlikdə baş verib.
Son məlumata görə, partlayış zamanı yerin altında 37 nəfər olub. Xilasedicilər 35 nəfəri artıq tapıb.
20-ə yaxın şaxtaçı ən yaxın hospitala gətirilib, onlardan doqquzu ağır vəziyyətdədir. Şaxtada xilasetmə əməliyyatı davam edir.