7 Oktyabr 2014 22:06
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il fizika üzrə Nobel mükafatı yaponiyalı alimlər İsamu Akasaki, Hiroşi Amano və Suji Nakamuraya verilib.


Teleqraf.com-un məlumatına görə, alimlər bu mükafata “effektiv və səmərəli mavi işıq saçan diodların ixtirasına görə” layiq görülüblər.


İsamu Akasaki 1929-cu ildə Yaponiyada doğulub. Naqoya Universitetinin professorudur. Hiroşi Amano 1960-cı ildə doğulub, 1989-cu ildən Naqoya Universitetində çalışır, universitetin professorudur.

Suji Nakamura isə 1954-cü ildə anadan olub, Amerika vətəndaşıdır. O, hazırda Kaliforniya universitetinin professorudur.


Müəllif:

Oxşar xəbərlər