İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 30 nəfər vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin sayı 34 708 nəfərə çatıb.
Bildirilir ki, İtaliyada epidemiya başlayandan 240 min yoluxma halı qeydə alınıb, yoluxanlardan 188 min nəfəri sağalıb.