28 İyun 2020 08:47
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nyu-York Tayms" qəzetinin Rusiyanın Taliban militanlarına ABŞ hərbçilərini öldürmək üçün pul təklif etdiyinə dair iddialarına Ağ Ev rəsmi cavab verib.

Teleqraf.com xəbər verir ki, Rusiya kəşfiyyat xidməti ilə Taliban arasında əlaqə barədə informasiyanın ABŞ Prezidenti Donald Trampa mart ayının sonlarında ötürüldüyü barədə məqama aydınlıq gətirən Ağ Evin sözçüsü Kayli Makenani bunun əsassız olduğunu bildirib.

Onun sözlərinə görə, "Nyu-York Tayms" qəzetinin Trampı bu barədə məlumatlandırılması iddiası həqiqəti əks etdirmir: "Ağ Ev ümumiyyətlə kəşfiyyat və ya daxili müzakirələr haqda məlumat vermir, lakin Rusiya mövzusunda nə CIA direktoru, nə Milli Təhlükəsizlik Müşaviri və Baş Qərargah rəisi, nə də Prezident Donald Tramp və Vitse-prezident Mayk Pensə məlumat verilib".


Müəllif: Teleqraf.com