28 İyun 2020 23:28
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda COVID-19 koronavirusuna yoluxmuş 52 yaşlı həkimin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, ölkədə ilk həkim ölümü qeydə alınıb.

Teleqraf.com Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə ölkədə virusa 225 yoluxma halı aşkarlanıb, xəstələrin ümumi sayı 7813 nəfərə çatıb.

Pandemiya dövründə Özbəkistanda virusdan 21 nəfər ölüb, 5 min 248 xəstə sağalıb. Hazırda respublikanın tibb müəssisələrində 2 min 544 xəstənin müalicəsi davam edir. Onlardan 19-nun vəziyyəti ağırdır.


Müəllif: Teleqraf.com