29 İyun 2020 14:36
18 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov koronavirusa yoluxmadığını söyləyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərin koronavirus infeksiyası ilə bağlı suallarına cavab verərkən danışıb.

Nazir səhiyyə strukturlarının sosial məsafə ilə bağlı bütün tövsiyələrini yerinə yetirdiyini vurğulayıb, amma uzaqdan işləmədiyini deyib:

“Allah ölənlərin hamısına rəhmət eləsin, amma mən işə gəlməliyəm, prosesləri izləməliyəm. Əslində hər kəs kimi, mən də ofisimdə işləyirəm”.

Lavrov çox sayda insanla ünsiyyət qurmadığını bildirib:

“Çox sayda insanla ünsiyyət qurmuram. Nazirlikdə işləyənlər mütəmadi yoxlanılır - həftədə bir neçə dəfə. Ziyarətçilər üçün bütün fərdi qoruyucu vasitələrimiz var. Ancaq bunların sayı azdır, məsələni əsasən telefonla həll etməyə çalışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu