1 İyul 2020 10:50
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa səması Pakistan təyyarələrinə qapadılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb pakistanlı pilotların bəzilərinin lisenziyasının saxta olmasıdır.

Pakistan Beynəlxalq Hava Yollarının (PİA) sözçüsü Abdullah Hafiz Xan deyib ki, Avropa Birliyinin Aviasiya Təhlükəsizlik Agentliyi (EASA) ölkədəki bəzi pilotların lisenziyalarının saxta olmasını açıqladıqdan sonra PİA-nın Avropa uçuşlarını azı 6 ay müddətinə dayandırdığını bildirib.

Qeyd edək ki, mayın 22-də PİA-ya aid sərnişin təyyarəsi Karaçi şəhərində qəzaya uğrayıb. Bundan sonra aparılan araşdırma zamanı Pakistanda bəzi pilotların lisenziyasının saxta və ya hiylə yolu ilə əldə etdiyi ortaya çıxıb. Bundan sonra Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi bəyan edib ki, Pakistan təyyarələrinin Avropaya uçuşu dayandırılır.

Mayın 22-də 97 sərnişinin ölümünə səbəb olan təyyarə qəzasından sonra aparılan araşdırmada məlum olub ki, Pakistanın 860 pilotunun 262-nın lisenziyası ya saxtadır, ya da qanunsuz yolla əldə edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər