1 İyul 2020 12:05
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda Səhiyyə nazirinin müavini Madamin Karatayev ölkə həkimlərinin süni tənəffüs aparatlarına və oksigen konsentratorlarına kəskin ehtiyac duyduqlarını bəyan edib.

Teleqraf.com xəbər verir ki, nazir müavini deyib:

“Biz hazırda oksigen konsentratorlarına və süni tənəffüs aparatlarına kəskin ehtiyac duyuruq”.

O qeyd edib ki, son günlərdə koronavirus infeksiyasına yoluxan xəstələrinin sayının artması səbəbindən respublika xəstəxanalarında ən azı 2,3 min oksigen konsentratoru və bir neçə yüz ağciyərlərin havalandırma cihazı çatışmır.

Qırğızıstan ümid edir ki, yaxın günlərdə bəzi konsentratorlar və süni tənəffüs aparatları humanitar yardım kimi respublikaya çatdırılacaq. O qeyd edib ki, artıq Rusiya və Çindən tədarük gözlənilir.

Son sutka ərzində Qırğızıstanda koronavirusa 439 yoluxma hadisəsi aşkarlanıb. Ölkədə koronavirus xəstələrinin ümumi sayı 5735-ə çatıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər