2 İyul 2020 21:06
2 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəşmirdə təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında baş verən qarşıdurmada həlak olan babasının üstündə oturaraq ağlayan 3 yaşlı uşağın fotosu kəskin reaksiyalara səbəb olub.

Teleqraf.com xəbər verir ki, hadisə Kəşmirin müsəlmanlar yaşayan Sopor qəsəbəsində baş verib.

Hind polisi tərəfindən öldürülən 65 yaşlı babasının sinəsində oturub ağlayan uşaq qarşıdurma davam etdiyi üçün bir müddət bu şəkildə qalıb.

Qarşıdurma tərəflərinin atəşi dayandırmasından sonra uşaq təhlükəsiz yerə çəkilib.

Ailəsi yaşlı kişinin nəvəsinin gözləri qarşısında öldürüldüyünü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu