Türkiyənin İsveçdən tələb etdiyi FETÖ-çu jurnalist Levent Kenez ilə bağlı yeni proses müşahidə edilir.
Teleqraf.com xəbər verir ki, Ankara noyabrda müvəqqəti oturum limiti bitən Kenezin Türkiyəyə verilməsini tələb edir.
Mətbuat vasitəsilə İsveç hökumətinə müraciət edən Levent Kenez isə onun Türkiyəyə verilməməsini istəyib.
Xatırladaq ki, Levent Kenez barədə İstanbul Məhkəməsinin qərarı var.
O, FETÖ-nün təbliğatını aparan “Meydan” qəzetinin rəhbəri olub. Hazırda Tvitter üzərindən sistematik olaraq Türkiyəni hədəfə alır, habelə İsveçdəki digər FETÖ-çülərlə bir araya gələrək ölkəsinin əleyhinə fəaliyyət göstərir.