"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hərbi-texniki əməkdaşlıq etdiyi tərəfdaşları arasında allergiyaya səbəb olur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev deyib.
Şuqayev Rusiyanın ABŞ və müttəfiqlərinin "beynəlxalq aləmdən təcrid etmək cəhdləri" ilə üz-üzə qaldığını etiraf edib:
“Daha çox məhdudlaşdırıcı tədbirlər tətbiq olunur - bütün bunlar rəqabət sərhədlərini keçib. Bunlar tərəfdaşlar arasında allergiyaya səbəb olur. Kimsə milli təhlükəsizlik maraqlarını kiminsə qazancı naminə qurban vermək istəmir”.